Günuzadılmış

“Lead Education” bir ilkə imza atdı. İşləyən valideynlər və ya müəyyən səbəblərlə bağlı övladına az vaxt ayıranlar üçün “Mənim ikinci evim” layihəsinə start verdik. Layihə ibtidai sinif şagirdlərini əhatə edir və dərsdən sonra valideynlərin rahatlıqla etibar edəcəyi ünvan “Lead Education” olacaq. Uşaqlar mərkəzimizdə peşəkar müəllimlərin köməyi ilə evə verilən tapşırıqları həll edəcək, gələcəkdə yüksək perspektiv əldə etmək üçün ingilis və rus dillərini öyrənəcək, yüksək keyfiyyətlə ev yeməklərinin dadını verəcək qidalarla təmin olunacaq, istirahət otaqlarımızda dincələ biləcək, çay fasiləsində dadlı və fərqli şirniyyatları dadacaq, istedadını kəşf edərək fərdi inkişaf proqramları ilə - rəqs, şahmat, rəssamlıq, heykəltaraşlıqla məşğul olacaq, zəka saatlarında məntiqi təfəkkürün inkişafını təmin edəcək,müxtəlif kitablar mütaliə edəcək, həftəfə bir dəfə psixoloji testlər və oyunlar ediləcək, uşaqların sosioloji inkişafı üçün videoroliklər izləniləcək. Valideynlər istənilən vaxt mərkəzimizə qonaq olub, övladlarının inkişafını izləyə biləcəklər. Eyni zamanda, ayda bir dəfə valideynlərlə görüş keçirilərək övladlarının ay ərzində qazandığı bilik və bacarıqlar, inkişafı haqqında informasiya veriləcək. Kameraların müşahidəsi altında mərkəzimizin təşkil etdiyi “günuzadılmış” kursu sayəsində həm valideynlər stressdən uzaq olacaq, həm uşaqlarımız peşəkarların köməyi ilə əylənərək təhsil alacaq, həm də ev abu havası yaradacaq mərkəzimizdə özlərini rahat hiss edəcəklər. Bunların hamısı sadəcə bir ünvanda olacaq – “Lead education”da. Tələsin, yerlər məhduddur. Bu endirimdəm elə siz yararlanın!

Tədris edilən fənnlər: İbtidai sinifdə tədris olunan bütün fənnlər
Tədris dili: Azərbaycan dili/Rus dili
Dərnəklər: Rəsm,Rəqs,Şahmat,İngilis dili
Əlavə xidmət: Psixoloji seanslar
Aylıq təhsil haqqı:
Səhər növbəsi: 250 AZN (Endirimsiz)
Axşam növbəsi: 350 AZN (Endirimsiz)