Bizim haqqımızda

Xoş gəlmişsiniz!

Təhsil müəssisəmiz haqqında ətraflı məlumat
www.ledadeducation.az

“LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi hesab edir ki, ölkələrin inkişaf və tərəqqisində ən mühüm amil çağımızın tələb etdiyi bilgi və bacarıqlara sahib, milli dəyər və düşüncələri daşıyan rasional insandır. Ölkəmizin insan potensialının düzgün istiqamətdə yönəldilməsi məqsədilə həyata keçirilən dövlət strategiyasından bəhrələnərək yaradılan “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi hər yaş qrupuna xitab edə biləcək çoxşaxəli təhsil-təlim proqramları və təcrübəli pedaqoqlar ilə xidmət göstərməyə başlamışdır.

“LEAD Education” Təhsil və İnnovasiya Mərkəzinin təhsil-təlim proqramları aşağıdakı istiqamətləri əhatə edir:

1.LEAD Kids: Məktəbəqədər hazırlıq, Günüuzadılmış qruplar, Fərdi inkişaf proqramları, Mental arifmetika, Psixoloji xidmətlər, Loqoped xidmətləri, Dil kursları (ingilis, rus, alman, fransız, Çin, yapon, çex və s.).
2. LEAD School: Liseylərə hazırlıq, fənlər üzrə hazırlıqlar (5-8-ci siniflər), buraxılış imtahanlarına hazırlıq (9-11 siniflər), abituriyent hazırlığı.
3. LEAD Master: Magistraturaya hazırlıq, dövlət qulluğuna hazırlıq, müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlıq, kurslar və treninqlər.
4. LEAD Language: İngilis dili, rus dili, alman dili, fransız dili, ərəb dili, yapon dili, çin dili
5. LEAD Academy: IELTS, TOEFL, SAT, GMAT, GRE, ALES
6. LEAD Art&Intellect: rəsm, heykəltaraşlıq, şahmat, rəqs, bacarıqlı əllər, teleradio aparıcılığı.
7. LEAD Cyber: Proqramlaşdırma dilləri – HTML, CSS, PHP, MySQL, JavaScript, Web proqramlaşdırma, Dizayn proqramları, Mühasibat proqramları, Robototexnika, Kompüter mühəndisliyi.

Siz: - Təcrübəli pedaqoq və psixoloqların məsləhət və xidmətindən; - fərdi yanaşmada, qrup və kollektivdə uğur qazanma imkanlarından; - hərtərəfli müəllim-şagird-valideyn əməkdaşlığından; - daha çox mütaliə, daha çox fikir mübadiləsi və ünsiyyət yollarından; - ən yeni kompyuter və informasiya vasitələrinin səmərəli istifadəsi, öyrənilməsi və tətbiqindən; - yeni nəsil texnologiyaların mənimsənilməsi üçün lazım olan nəzəri və praktik bilgilərə yiyələnilməsindən; - sizi beynəlxalq və ölkədaxili dövlət və özəl əmək bazarında rəqabətçi fərdlərdən birinə çevirə biləcək təlim, imkan və metodlardan; - ailənizin asudə vaxtının övladlarınızın və özünüzün səviyyəsinin dəstəklənməsinə yönəldilməsindən; - əcnəbi dillərin yaş və fərdi xüsusiyyətlərə uyğun mənimsədilməsi metodikasından; - pedaqoji-psixoloji testlər və müşahidələr vasitəsilə uşaqların istedad və qabiliyyətinin vaxtında üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişafina şərait yaradılmasından; - qazanılmış bilik, bacarıq və vərdişlərin mütəmadi sınaqlar və müsahibələr yolu ilə monitorinqindən; - dərs rejiminə uyğun uşaqların normal qidalandırılmasından, onların istirahət və idmanın təşkilindən yararlanmaq istəyirsinizsə,"LEAD Education" Təhsil və İnnovasiya Mərkəzinə müraciət edin!

0
Müraciət sayı
0
Qəbul olunan tələbə və şagird sayı
0
Siniflərin sayı
0
Pedaqoji heyət